SON XƏBƏR

Xətai Əliyevin ukraynalı deputatın ölümündə əli var?

Oktyabr 14
16:02 2021
Ukraynada Ali Radanın deputatı Anton Polyakovun ölümü ilə bağlı araşdırmalar davam edir.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ötən deputatın ölümündən az əvvəl 2 nəfərlə birlikdə kafedə istirahət etdiyi görüntülər yayılıb.

Həmin şəxslərdən biri Ruslan Cambulatov, digəri isə Azərbaycanın beynəlxalq axtarışa verdiyi Xətai Əliyev olub.

"Xətai nəinki həmin gecə Cambulatov və Polyakovla birlikdə oturub. İfadələrə görə məhz Əliyev Polyakov üçün taksi çağırıb”.

Deputatın zəhərlənərək öldürülməsi barədə versiyalar səsləndirilir.

1991-ci il iyunun 29-da anadan olmuş Xətai Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən axtarılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook