SON XƏBƏR

"Xocalı" İdman Klubu beynəlxalq yarışa yollanır - FOTO

İyun 09
15:21 2022
Azərbaycan Kikboksinq Federasiyası "Xocalı" İdman klubu beynəlxalq yarışa hazırlaşır. Yarış iyunun 17-də Türkiyən Qars şəhərində baş tutacaq. Yarış barəsində açıqlama verən verən "Xocalı" İdman Klubunun baş məşqiçisi Əli Cəfərov saytımıza açıqlamasında bildirib ki, Türkiyədəki yarışa 30 idmançı ilə qatılırlar.

"Bizim komandamız yüksək əhval ruhiyyədədir. Komandamız şəhid və qazi övladları da var. Biz öz gücümüzü bu yarışda ortaya qoyacayıq.
 
Qeyd edim ki, bizim komandamız turnirin favoritlərindən biridir. Bizə hər zaman dəstək olan Federasiyanın prezidenti Orxan Əliyevə və Milli Məclisin vitse-spikeri Adil Əliyev dərin təşəkkürümü bildirirəm . Klubumuzun inkişafında dəyərli Ehram Məcidovun xüsusi rolu var. Məhz buna görə "Xocalı” idman klubunun direktoru Ehram Məcidova bütün idmançılarımız adından təşəkkür edirəm."-deyə Əli Cəfərov bildirib.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook