SON XƏBƏR

Yaralı komandirinə kömək edərkən şəhid olan Azər Qasımov (VİDEO)

Dekabr 27
23:22 2020
Vətən uğrunda qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Azər Qasımovdur.

Azər 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub.

O, 2014- ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016- cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi medalla təltif edilib. 41 yaşlı hərbçi Vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edərək adını qəhrəmanlıq tarixinə yazıb.

O, Tərtərin Suqovusan kəndi uğrunda və ətraf yüksəkliklərin alınmasında iştirak edib. Azər döyüşlərdə iki dəfə yaralanıb, amma yenidən döyüşlərə qatılıb. Sonuncu dəfə öz yaralı komandirini döyüş meydanından çıxararkən Ermənistan ordusu tərəfindən açılan snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Azər ailəlidir, 4 övladı var. Ailəsi və bütün Azərbaycan qəhrəman şəhidimizlə fəxr edir.

Prezidentin sərəncamı ilə Azər Qasımov ''Vətən uğrunda'' və ''Cəsur döyüşçü'' medalları ilə təltif edilib. //Xəzər TV 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook