SON XƏBƏR

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

İyul 27
14:31 2022
"Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədirsə başlayacaq. Bu da bizi çox sevindirir. Bunun üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm”.

"Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub: "Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook