SON XƏBƏR

Yens Stoltenberq: “NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb”

May 24
15:54 2022
"Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq NATO-nun iki əsas məqsədi var: Ukraynaya dəstək vermək və gərginliyin daha da artmasının qarşısını almaq”.

"Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən İqtisadi Forumda deyib.

O bildirib ki, NATO və onun müttəfiqləri, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə uzun illərdir Ukraynanı dəstəkləyib, Rusiyanın Ukraynaya son müdaxiləsindən sonra isə bu dəstək əhəmiyyətli dərəcədə artıb.

"Bu gün birbaşa NATO-nun komandanlığı altında hava və dəniz qüvvələri tərəfindən dəstəklənən 40 mindən çox hərbçimiz var, Baltik dənizindən tutmuş Qara dənizə qədər çoxmillətli döyüş qruplarımızı ikiqat artırmışıq və yüksək hazırlıq vəziyyətində olan yüz minlərlə hərbçimiz var”, - o vurğulayıb.

Onun sözlərinə görə, Finlandiya və İsveçin üzvlüyü, digər məsələlərlə yanaşı, NATO ilə Avropa İttifaqı arasında sıx əlaqələri daha da gücləndirəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook