SON XƏBƏR

Yüksək vəzifəli məmurun oğlu tenderdə 105.000 manat uddu - (FOTOLAR)

Aprel 29
11:10 2022
Azərbaycan Respublikasının Gənclər Fondu 105.740 manatlıq tenderə yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, Gənclər Fondunun "Azərbaycan Respublikasının Gənclər Fondunun 10 illik yubeliyinə həsr olunmuş tədbirin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderdə "EVENTS AND MORE" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan edilib.
 
 
 
"EVENTS AND MORE" MMC 2019-cu ilin mart ayının 19-da təsis edilib. 
 
Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə ev 26, m 59 ünvanıdır. 
 
On manat nizamnamə kapitalı olan "EVENTS AND MORE" MMC-nin qanuni təmsilçisi Şərifli Nahid Zahid oğludur. 
 
Qeyd edək ki, tenderdə qalib elan edilən "EVENTS AND MORE" MMC-nin qanuni təmsilçisi Şərifli Nahid Azərbaycan Metrologiya İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini icra edən Zahid Şərifovun oğludur. 
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook