SON XƏBƏR

Zaqatalada məktəbin damını külək apardı - 1 il əvvəl təmir olunmuşdu

İyun 29
15:04 2022
Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala rayonu ərazisində əsən güclü külək nəticəsində Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyü uçub.

Məktəbin bəzi sinif otaqları yağan yağış nəticəsində su ilə dolub.

Qeyd edək ki, külək rayonun Muxax kəndində fərdi yaşayış evinin də dam örtüyünü uçurub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook