SON XƏBƏR

Özbəkistan Prezidenti: "Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb"

İyun 22
02:54 2022
"Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb".

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

"Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan firavanlaşsın”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook