SON XƏBƏR

Zəhərləndiyi deyilən Abramoviç İstanbulda danışıqlarda iştirak edir - VİDEO

Mart 29
12:27 2022
İstanbulda Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilir. Müzakirə toplantısına zəhərləndiyi iddia olunan iş adamı Roman Abramoviç də qatılıb.

Qeyd edək ki, daha öncə "Bellingcat” tədqiqatlar qrupu Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyinə dair məlumat yayıb. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilirdi.  Qeyd edilirdi ki, söhbət 2022-ci il martın 3-dən 4-nə keçən gecə baş tutan danışıqlardan gedir. 

Abramoviç və digər rusiyalı iş adamı deputat Rustem Umerovla birlikdə danışıqlarda iştirak edib: "Həmin gecədən sonra danışıqlar qrupunun üç üzvü gözlərin və dərinin iltihabı, gözlərdə qızarıqlıq və ağrı kimi simptomları hiss edib. Simptomlar səhərə qədər səngiməyib”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook