SON XƏBƏR

Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”

İyun 28
02:35 2022
"Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”.

"Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, - dövlət başçısı deyib.

"Mən də bu gün (dünən-red) G7 liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, - Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya döyüşə bilmir: "Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençuqda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər”.

"Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarımızdan sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş verərsə, bir o qədər çox insanın həyatı xilas olar", - Zelenski əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook