"Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikinti aparılır" - Baş nazirin müavini
Yanvar 28
11:21
2022
"Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu ilə bağlı müsbət məqamlar var".
"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
"Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəyəm”, - o bildirib.
M.Qriqoryan vurğulayıb ki, hazırda bu istiqamətdə konkret işlər görülür, dəmir yolunun Ermənistandan keçən hissəsində tikinti aparılır.