SON XƏBƏR

Zərdab səhiyyəsi sürətlə inkişaf edir - FOTOLAR

Oktyabr 19
17:32 2021
Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb.
 
Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açmaqdadır. Sevindirici haldır ki, hazırda səhiyyənin sürətli inkişafını ölkənin paytaxtı, böyük şəhərləri ilə yanaşı, rayon və bölgələrimizdə də müşahidə edirik.
 
Yenilənən, müasir standartlara uyğunlaşdırılan səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən tibb müəssisələrindən biri də Zərdab rayon Mərkəzi Xəstəxanasıdır. 
 
Zərdab rayon Mərkəzi Xəstəxanasında maddi-texniki bazanın və əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Gödəkqobu kəndində tibb məntəqəsi tikilib istifadəyə verilmiş, Körpükənd kənd sahə xəstəxanasında təmir işləri aparılmışdır.

Ötən dövr ərzində Mərkəzi Xəstəxanaya yeni inventar və avadanlıq, həmçinin tibbi avadanlıqlar alınmış, tibb müəssisələrinin ərzaq, dərman və yanacaq təminatı yaxşılaşmışdır.
 
Zərdab rayon Mərkəzi Xəstəxanasının istifadəsində olan təcili tibbi yardım avtomobillərinin də təmiri diqqət mərkəzindədir. 
 
Mərkəzi Xəstəxana bu istiqamətdə ardıcıl olaraq istifadəsində olan avtomobilləri standartlara uyğun olaraq təmir etdirib istifadəyə verir. 
 
Zərdab rayon Mərkəzi Xəstəxanasının inventarında olan "Qazel" markalı təcili tibbi yardım avtomobili təmir edilərək istifadəyə verilib.
 
Xəstəxananın digər təcili tibbi yardım avtomobillərinin də təmiri istiqamətində işlər aparılır. 
 
Qeyd edək ki, Zərdab rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobillərini uzun illərdir ki, avtomobil təmiri sahəsində böyük iş təcrübəsinə malik olan "Hikmət-2000" MMC həyata keçirir. 
 
Zərdab rayon Mərkəzi Xəstəxanasının "Qazel" markalı təcili tibbi yardım avtomobili təmirdən əvvəl
 

 

 

 

 

 
Zərdab rayon Mərkəzi Xəstəxanasının "Qazel" markalı təcili tibbi yardım avtomobili təmirdən sonra
 

 


 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook