SON XƏBƏR

İqtisadçı alimdən ittiham: Gömrük komitəsi qiymətləri belə bahalaşdırır

Mart 07
12:54 2020
Gömrük komitəsi (monopoliya) qiymətləri necə bahalaşdırır?!
 
Qlobal.az xəbər verir ki, bu barədə keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli feybukda yazıb.
 

 
Nazim Bəydəmirli

"Rusiyadan bir dostumun xahişi ilə onun şirkətinə İran Astarasından 2 vaqon meyvə göndərmək qərarına gəldik və qiymətləri biləndə şok oldum... 330 dollar/ton portağala və 350 dollar/ton almaya ödədik, 400 dollar terminal və bəyannamə xərcləri 3500 dollar bir vaqonun daşınma xərci. Orta hesabla mal Rusiyanın paytaxtında 447.5 dollar/ton, yəni 0.45 dollar 1 kq... İstədim Azərbaycanla maraqlanım, deklarantdan soruşdum, dedi neçəyə almağınızdan asılı olmayaraq 700 dollar/ton bəyannamə qiyməti olacaq, ən azı 2 dəfə "süni qiymət artımı"... Biz portağalı Bakıya gətirib, 36% gömrüyünü də ödəyib, 30% əlavə gəlir qoyub parakəndə satışa verdiyimiz an onun 1 kq 0.70 dollardan (1 manat 20 qəpik olardı) və dükanlar da 30% qazanc qoyub satsalar 1 manat 56 qəpik olardı...

İndi bir sual yaranır: Siz sonuncu dəfə alma və portağalı neçəyə aldığınızı şərh yerinə yazın.. Qiyməti artıran sahibkardır, ya gömrük (monopoliya)?".
 
Yazıdakı iddialara Gömrük Komitəsi münasibət bildirməyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook