SON XƏBƏR

Memarlar İttifaqının sədrinin şirkəti 300 minlik tenderin qalibi oldu

Sentyabr 03
17:37 2020
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "EL & EN" firması olub.

Yeniavaz.com xəbər verir ki, "EL & EN" firması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Göytəpə şəhərinin baş planını tərtib edəcək. Komitə bu iş üçün firmaya 149 min 694 manat 80 qəpik ödəyib.

Məlumat üçün bildirək ki, "EL & EN" firması 24.01.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Firmanın qanuni təmsilçisi Azərbaycanın tanınmış memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə olub.

Onu da bildirk ki, Elbay Qasımzadənin qanuni təmsilçisi olduğu "EL & EN" firması ötən ay Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub. "EL & EN" firması 153 min manat alaraq Astara şəhərinin baş planını tərtib edəcək.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook