SON XƏBƏR

Millətlər Liqası: Türkiyə Serbiyanı, Almaniya İsveçrəni qəbul edəcək

Oktyabr 13
09:00 2020
Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə A, C və D Liqasında 7 qarşılaşma baş tutacaq. Azərbaycan yığması C Liqasının 1-ci qrupunda Albaniyada Kiprlə qarşılaşacaq. Qrupun lideri Monteneqro isə Lüksemburqu qəbul edəcək.

A Liqasının 4-cü qrupunda Almaniya İsveçrəni, Ukrayna isə İspaniyanı qonaq edəcək. B Liqasında mübarizə aparan Türkiyə milli doğma meydanda Serbiyanı sınağa çəkəcək.

UEFA Millətlər Liqası IV tur

A liqası 4-cü qrup 

22:45. Ukrayna – İspaniya 
22:45. Almaniya – İsveçrə

Xal durumu: İspaniya - 7, Almaniya - 5, Ukrayna - 3, İsveçrə - 1

C liqası 1-ci qrup 

20:00. Azərbaycan – Kipr 
22:45. Monteneqro – Lüksemburq
Xal Durumu: Monteneqro - 9, Lüksemburq - 6, Azərbaycan - 3, Kipr - 0

D liqası 1-ci qrup 

20:00. Latviya - Malta 
22:45. Farer adaları – Andorra

Xal durumu: Farer adaları - 7, Latviya - 3, Malta - 2, Andorra - 2.

2-ci qrup 

22:45. Lixtenşteyn – San Marino

Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 3, San Marino - 0.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook