SON XƏBƏR

Millimiz Ermənistanla qarşılaşacaq

Sentyabr 28
11:09 2018
Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında millilərimizin növbəti rəqibləri müəyyənləşib.

Modern.az xəbər verir ki, ilk dörd görüşdə qələbə qazanmış kişi millimiz V turda prinsipial rəqibi Ermənistanla qarşılaşacaq.

Dünya reytinqində XI sırada olan və hazırda Olimpiadada altı xalla XIII pillədə qərarlaşan qadın millimiz isə Yunanıstanla qarşılaşacaq. Hər iki görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, dünya reytinqində IV sırada olan millimizlə dünyanın VIII komandası olan Ermənistan əvvəlki dörd görüşdə maksimum nəticə göstərərək, səkkiz xal qazanıb. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində I, Ermənistan isə VII sırada qərarlaşıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook