SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Qubad İbadoğlu: "3 cür yalan var: yalan, ağ yalan və bir də statistika"

Sentyabr 15
00:31 2019
İqtisadçı ekspert Qubad  İbadoğlu  Dövlət Statistika Komitəsinin əhalinin xərclərinə dair rəsmi açıqlamasını tənqid edib.

O bildirib ki, Dövlət Statistika Komitəsi (DSK) yalan məlumatlar yayır: "3 cür yalan vardır: "yalan, ağ yalan və bir də statistika". Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, Azərbaycan əhalisi bu ilin 8 ayında ərzaq məhsullarına 11 milyard 78 milyon manat, toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 milyard 343 milyon manat, içki və tütün məmulatlarına 1 milyard 139 milyon manat, avtomobil yanacağına 1 milyard 337 milyon manat xərcləyib. Bütün bu xərcləmələr cəmi ticarət dövriyyəsinin 75 faizinə qədərini təşkil edib. 

"Rəsmi statistik məlumatlardan belə çıxır ki, əhali gəlirlərinin hər 4 manatında 3-nü yeməyə, geyməyə, işməyə və gəzməyə sərf edir. Deməli, DSK-nın məlumatlarına inansaq, Azərbaycan əhalisi yeyib-içib, geyinib-gəzməklə məşğuldur. Digər tərəfdən də Vergilər Naziri "Vergi siyasəti və şəffaflıq" konfransında çıxış edərkən bildirib ki, Azərbaycan Statistika Komitəsinin pərakəndə ticarət dövriyyəsinə dair rəqəmlərlə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq mövcuddur. İndi görün ki, rəsmi statistika mövcud gerçəkliyi necə təhrif etməklə məşğuldur. Məşhur ingilis siyasətçisi Benjamin Dizraelinin XİX əsrdə dediyi 3 cür yalan vardır: yalan, ağ yalan və bir də statistika" deyimi bu gün Azərbaycanda əsl həqiqəti ifadə edir", - iqtisadçı bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook