SON XƏBƏR

AFFA-nın İntizam Komitəsinin məcəlləsi tamamilə dəyişdirildi

May 24
09:42 2023
Zaman-zaman İntizam Komitəsinin bəzi qərarları istər cəzalananlar, istər futbol ictimaiyyəti, futbolçular, məşqçilər, istərsə də futbola aidiyyatı olan şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Bəzilərinin yanlış qərarlar olduğu düşünüldüyü halda, normal qəbul edənlər də var. Təbii ki, bunlar hamısı İntizam Komitəsinin əsasnaməsindəki boşluqlarla əlaqədardır. Komitə nə qədər şəffaf qərarlar çıxarmağa çalışsa da, indiki məcəllədə yer alan bir sıra bəndlər cəzalananlar tərəfindən narazılıqla qarşılanır. Ancaq belə problemlərin yaxın vaxtlarda aradan qaldırılacağı gözlənilir.

Məsələ burasındadır ki, AFFA-nın İntizam Komitəsinin qərar çıxararkən istinad etdiyi məcəllə başdan-ayağa, tamailə dəyişdiriləcək. 

Bunu Qaynarinfo-ya açıqlamasında İntizam Komitəsinin sədri Erkin Hüseynov bildirib:

"Gələn il İntizam Komitəsinin məcəlləsi tam, köklü şəkildə dəyişdiriləcək. Bununla bağlı çıxışım da olacaq. 2023/2024 mövsümü üçün yeni məcəllə hazırlanacaq. İndiki məcəllə artıq köhnəlib. Orada təkrar maddələr, əsassız şeylər var. Boşluqlar həddindən artıqdır. Bununla bağlı, hətta məqaləm də var. Bir neçə ay əvvəl bildirmişdim ki, əsaslı dəyişikliklərə ehtiyac var. Artıq yeni məcəllə hazırdır. Hüquqşünaslar tərəfindən araşdırılandan sonra gələn mövsüm üçün qüvvəyə minəcək. Qısa zamanda hazırlamağa çalışırıq ki, klublara da təqdim edə bilək”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook