AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb

Fevral 05
08:51
2025
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Fənərbağça” (Türkiyə) – "Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.