SON XƏBƏR

Alen Delon Zelenski ilə müsahibədə iştirak edəcək

Sentyabr 22
16:59 2022
Sentyabrın 23-də Ukrayna prezidenti Vladimir Zelenski fransız jurnalistlərə müsahibə verəcək, "Face à Zelensky” verilişini Siril Viqye aparacaq, aktyor Alen Delon da müsahibədə iştirak edəcək.

Qaynarinfo bu barədə Europe1-ə istinadla xəbər verir. 

Cümə günü LCP, "Nitsa-Matin", "Ouest-France" və "20 Minutes" qəzetlərinin jurnalistləri Ukrayna prezidentindən müsahibə almaq üçün Kiyevdə olacaqlar.

"Face à Zelensky" (Zelensky ilə üz-üzə) adlı proqramın aparıcısı Siril Viqye (Cyril Viguier) olacaq. Müsahibə TV5 Monde və LCP kanallarında yayımlanacaq.

Alen Delon həmçinin Vladimir Zelenski ilə fikir mübadiləsi aparacaq. Məşhur aktyor Ukrayna prezidenti ilə danışmaq üçün proqrama Fransadan bağlanacaq.

Bir neçə gün əvvəl Alen Delon "TV5 Monde” kanalında ukraynalı şair Taras Şevçenko haqqında xüsusi proqram yazdırıb və Parisdəki Ukrayna Mədəniyyət Mərkəzinə baş çəkərək, Ukraynaya açıq dəstək verib.

"Ukrayna ilə baş verənlər məni çox əsəbiləşdirdi və təsir etdi, ona görə də onlar üçün mübarizə aparıram", - aktyor kameraya baxaraq deyib.
Vladimir Zelenski ilə Alen Delon arasındakı dialoqu cümə günü fransız jurnalistlərə müsahibəsində görmək olar.

Videolar sentyabrın 23-də əvvəlcə TV5 Monde, sonra isə LCP-də yayımlanacaq.

İyul ayında Alen Delon Ukrayna xalqı ilə həmrəylik layihəsi çərçivəsində çıxış edən ukraynalı şair Taras Şevçenkonun şeirlərini oxuyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook