SON XƏBƏR

Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində finala keçə bilmədilər - VİDEO

May 08
06:48 2024
İsveçin Malmö şəhərində keçirilən 68-ci "Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada "Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook