SON XƏBƏR

Azərbaycanın “Akıncı” hücum PUA-ları təlimlərdə döyüş tapşırıqları yerinə yetirib - VİDEO

Fevral 29
13:09 2024
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyndən məlumat verilib.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən "Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook