Bu gün Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq
![](https://qlobal.az/photo/680x365/2022-05/1652301630_d4fef7ca-7b6a-4f83-bb61-2af41ba22efd.jpg?1722058868)
May 12
00:40
2022
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq. "Report” xəbər verir ki, festival mayın 14-dək davam edəcək.
Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.