SON XƏBƏR

"Natəvanın heykəli Fransada vandalizmə məruz qalıb" - XİN-in xüsusi tapşırıqlar üzrə səfiri

Mart 08
14:56 2024
Xurşidbanu Natəvanın heykəli Fransada vandalizmə məruz qalıb.
APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

"Azərbaycan milli-mədəni mərkəzi buna etiraz etdi, abidə xilas edildi. Bu, təəssüf ki, acı reallığın təzahürühür", - o deyib.

O, dünya düzəninin çox sürətli formada dəyişdiyini əlavə edib:
"50 ildir, qərbin dominantlığı ilə islamofobiya anlayışı genişlənib. Sanki müsəlmanlar liberal dəyərlərə qarşıdır, onlar dünya düzəni üçün maneədir. Təbii ki, bunlar yanlışdır və bu fikirlər məqsədli formada ortaya atılır".

Elşad İskəndərov dünyada dəyişməkdə olan proseslərə toxunub:
"Qərb dünyası artıq hegemen rolunu əldən verir. Eləcə də qərb ideologiyası getdikcə özü radikallaşmağa başlayır".

Azərbaycan XİN nümayəndəsi islamofobiyanın artıq tendensiyaya çevrilməkdə olduğunu vurğulayıb:

"Mübarizə vahid bir faktora çevrilməlidir. Biz müsəlmanlar kənar amillərə toxunur, şikayətlənirik. Eləcə də bu proses daxili amillər üçün də nəzərə alınmalıdır".

Diplomat Azərbaycanın dinlərarası tolerantlıq baxımından çox gözəl bir nümunə olduğunu qeyd edərək fikrini yekunlaşdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook