SON XƏBƏR

Dövlətin icazəsi olmadan yaşayış binası sökülür (VİDEO)

İyul 20
09:15 2023
Bakıda yaşayış ola-ola bina sökülür.

40-a yaxın ailə təhlükə ilə üz-üzədir.

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayan sakinlər iddia edirlər ki, fevral ayından özünü şirkətin əməkdaşları kimi təqdim edən şəxslər binanı sökməyə başlayıblar.

Sakinlər iddia edir ki, binanın bir hissəsi söküldüyündən, qaz və suyun verilişində də problemlər yaranıb. Şirkət binadakı 170 mənzilin böyük bir hissəsinin sahibinə kompensasiya ödəyərək razılığa gəlib.

Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmirlər.
Ərazidə söküntü işləri aparan şirkət bildirdilər ki, sökülən binada 122 mənzil sahibi ilə razılaşılıb, müqavilə əsasında bəzilərinə kompensasiya ödənib, bəzilərinin isə kirayə haqqı verilməklə tikiləcək binadan mənzil verilməsi ilə razılığa gəlinib. Şirkətin rəsmi nümayəndəsi əlavə etdi ki, narazı olaraq evlərini tərk etməyən sakinlər bazar qiymətinə uyğun ödəniş tələb etmirlər.

"Onlar hər kvadratmetr sahəyə görə, bizdən 6 min manat tələb edirlər” - deyə şirkət qeyd edib.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən şitrkət həmin ünvanda bina tikintisi üçün müraciət etsə də, bəzi dövlət qurumlarının rəyi olmadığı üçün tikinti aparmaq üçün onlara müsbət rəy verilməyib.

Daha ətraflı süjetdə:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook