SON XƏBƏR

Əmirullayev nazirliyin tenderlərinə qarışa bilmir? - 2 milyonluq "məxfi təmir"

Oktyabr 24
07:44 2023
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ricon” MMC ilə maliyyə dəyəri 2 790 355 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı idarənin keçirdiyi tenderin qalibi seçilib. Lakin hansı təhsil müəssisələrində təmir işlərinin aparılacağı bəlli deyil. Bu barədə tender elanında heç bir qeyd yoxdur. 

"Ricon” MMC-yə gəlincə, şirkət 2003-cü ildə təsis edilib. Tikinti sahəsi üzrə ixtisaslaşıb. Bir müddət "RVR LTD” MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İsmayılov Rəşad Rəhim oğludur. Rəşad İsmayılov eyni zamanda şirkətin direktoru vəzifəsində çalışır. 

Açıq mənbələrdə onun haqqında məlumatlar məhduddur. Rəşad İsmayılovun adına Linkedin biznes mərkəzli sosial şəbəkədə hesab var. Həmin hesabda o, "Ricon” MMC-nin direktoru kimi təqdim edilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook