SON XƏBƏR

Ermənistan XİN başçısı Macarıstana səfər edəcək

May 06
11:10 2024
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.

"Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfər zamanı o, Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.

Danışıqlardan sonra A.Mirzoyan və P.Siyarto birgə mətbuat konfransı keçirəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook