SON XƏBƏR

Etilen-Polietilen Zavodunda yanğın baş verib - VİDEO

İyun 13
13:43 2023
Sumqayıtda zavod yanır.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook