SON XƏBƏR

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

May 10
13:45 2024
İyunun sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək:

"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook