SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT

Yanvar 10
16:00 2025
14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu, biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Babəli Babazadə iştirak edib.

Hakim bildirib ki, zərərçəkmiş məhkəmə iclasında ilk dəfədir iştirak edir. Hakim onun hüquqlarını izah edərkən məlum olub ki, o, subaydır, hazırda heç bir yerdə işləmir.

Prosesdə zərərçəkmiş Babəli Babazadə sərbəst ifadə verib. Təqsirləndirilən şəxslərdən Aruz Əliyevi tanıdığını, onun Zərdab rayonunda baş həkim işlədiyini deyib.

Zərərçəkmişin sözlərinə görə, Azərbaycanda olanda vergi ilə bağlı problemi yaranıb: "Həmin dövrdə Aruz Əliyev bizə gəlib-gedirdi. Çünki evdə xəstə olanda bir həkim kimi onu çağırırdıq. Aramızda səmimiyyətimiz yaranmışdı. Mənim vergi ilə bağlı problemimi ona dedim. O da mənim təcili Türkiyəyə getməyimi məsləhət gördü. Onun məsləhəti ilə Türkiyəyə getdim. Orada olanda Aruz Əliyevlə əlaqə saxladım. Mənə dedi ki, haqqımda qırmızı "stop” var, qayıtma, problem olacaq.

Sonra da mənə dedi ki, Ehtiram adlı şəxs var, məsələni o həll edəcək. Məni Ehtiramla əlaqələndirdi. Türkiyədə Ehtiram gəlib mənimlə görüşdü. İşlərimi yoluna qoymaq üçün etibarnamə verməyimi məsləhət bildi. Mən ona etibarnamə verdim. Bu etibarnamə əsasında Ehtiram mənim evimi satdı.

Sonradan pul lazım oldu, ondan pulumu istədim, mənə 30 min dollar verdi. Qalanını istədim, pulumun qalığı olmadığını söylədi. Mən Azərbaycana gəldim...”
 


Bu zaman təqsirləndirilən Ehtiram Kərimov zərərçəkənin sözünü kəsib, "Pişik asqırdı, Azərbaycana gəldin... Sənin vergi məsələni biz həll etdik ki, rahat gəldin” deməklə mübahisə yaradıb.

Təqsirləndirilən şəxslə Babəli Babazadənin arasında yaranan mübahisəni hakim sakitləşdirib. Ehtiram Kərimov əlavə edib ki, sənədləşmə işlərini görüblər, nəticədə Babəli Babazadə Azərbaycana qayıdıb. Onun sözlərinə görə, satılan mülklərdən əldə olunan pullarla vergi işləri yoluna qoyulub.

Zərərçəkmiş isə onların heç bir iş görmədiklərini deyib. Bildirib ki, mülkləri əlindən çıxıb: "Mən rüsvay olmuşam. Əlimdə heç nə qalmayıb. Bu gün subayam, evlənə bilmirəm. Mənə sübut etsinlər ki, pullar hara xərclənib. Mənim evimi versinlər. Yaşamağa yerim yoxdur, otellərdə qalmışam. Elə vəziyyətə düşmüşəm ki, evlənə də bilmirəm”.

Daha sonra zərərçəkmiş qeyd edib ki, siqaret alveri ilə məşğul olub, ona cəmi 10 min dollar çatıb, qalan pulu da bir qadın götürərək qaçıb: "Amma sübut yoxdur. Gətirsinlər, sübut eləsinlər”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərlə fındıq biznesi qurublar, amma həmin biznesdən də onun pulunu verməyiblər.

Təqsirləndirilənlə zərərçəkmiş arasında yenidən mübahisə yaranıb, prosesdə fasilə elan olunub. Növbəti iclasda zərərçəkmiş şəxs ifadəsini davam etdirəcək.

Növbəti proses fevralın 6-da davam edəcək.



Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulu mənimsəməkdə ittiham olunur.

Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələylə bağlı Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmağı məsləhət bilib. O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. Əmlaklar satışa çıxarılıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafelərinə sərf ediblər.

Aruz Əliyev özü həkim-cərrahdır. Bu cinayətin üstü açılana kimi "Uniklinika”nın baş həkimi olub.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

Mənbə: Teleqraf.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook