SON XƏBƏR

İlon Maskın Zelenskini ələ salması sosial şəbəkələrdə hiddət doğurdu - FOTO

Oktyabr 02
14:37 2023
«Tesla» və «SpaceX» şirkətlərinin yaradıcısı, milyarder İlon Mask sahibi olduğu X sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskini məsxərəyə qoyub.

"AzPolitika.info" Ukryna mətbuatına istinadla xəbər verir ki, o, «5 saat keçib və sən hələ də bircə milyard dollar yardım istəməmisən» deyə Zelenskini məsxərəyə qoyan paylaşım edib. 



Bu paylaşım milyarderə qarşı digər istifadəçilər tərəfindən söz hücumlarına, qınaqlara səbəb olub. Bəzi istifadəçilər ona yazıb: «Ukrayna bu yardımları xalqını və ölkəsini qorumaq üçün alır, sənsə öz dövlətindən subsidiyalar alıb varlanırsan». Başqa bir istifadəçi isə bildirib: «Zelenski Rusiyaya qarşı mübarizə aparır, sənsə Zükerberqlə rəqabət apara bilmədin». 

Qeyd edək ki, bir müddət əvvəl İlon Mask Ukraynanın Sevastopolda yerləşən Rusiya hərbi donanmasına hücumuna mane olmuşdu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook