SON XƏBƏR

“Çırpınırdı Qara dəniz” Ərdoğan üçün dəyişdirildi - Video

Dekabr 02
16:24 2022
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi "Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilər üçün kampaniya mahnısı edib.

Axşam.az xəbər verir ki, musiqisi Üzeyir Hacibəyovun, sözləri isə Əhməd Cavadın olan mahnının sözləri dəyişdirilərək seçkiyə uyğunlaşdırılıb. Mahnıya isə "Senden vazgeçmeyiz” adı verilib. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşlərini əks etdirən görüntülər də yer alıb. 

Xatırladaq ki, sözügedən mahnı Xalq artisti Azərinin ifasında məşhurlaşıb. 

Qeyd edək ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.

Onu da qeyd edək ki, bundan öncə seçki kampaniyalarının birində Ərdoğanın mərhum türk şair Mehmet Akif Ərsoyun "İstiklal marşı" şeirindən istifadə etməsi diqqət çəkmişdi.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook