SON XƏBƏR

KTN-nin sabiq şöbə müdiri Adəm İsmayılın kitabının təqdimatı olub - FOTO

May 31
11:54 2023
Kənd Təsərrüfatı nazirliyinin sabiq şöbə müdiri Adəm İsmayılın kitabının təqdimatı olub. 
 
Qlobal.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin "Paris üçbucağı” romanının təqdimat mərasiminə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Aydın Hüseynov, Etibar Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, digər rəsmi şəxslər, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Xalq yazıçısı Çingiz Abdullayev, AYB katibi Səlim Babullaoğlu, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis Yolçiyev, diplomatik korpusların nümayəndələri, televiziya və xəbər portallarının rəhbərləri, Xalq artistləri, Xalq rəssamları, hüquq müdafiəçiləri, digər ictimai və mədəniyyət xadimləri, alim və yazıçılar, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın ülvi, saf məhəbbətlərini özündə daşıyan melodramdır.
 
Xatırladaq ki, Adəm İsmayılov Kənd Təsərrüfatı nazirliyində şöbə müdiri olub. 
 
O, hazırda "GREEN PARK AZƏRBAYCAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. 
 
Qeyd edək ki, Adəm İsmayılın adı keçmiş MTN olayında hallanır.


 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook