SON XƏBƏR

Prokuror Azər Əsgərovun 500 min dollarını ələ keçirən məşhur iş adamına 11 il iş istəyib

Aprel 28
15:54 2023
"Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı Kamal Akimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Qlobal.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Kamal Akimovun hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib.

İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.

İttiham olunan iş adamı ifadələrində özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxsin onu şərlədiyini deyib. Kamal Akimovun dediyinə görə, 10 il əvvəl Azər Əsgərovun "Azimport” şirkəti onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.

Bu əməllərə görə, Kamal Akimova Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Kamal Akimov həbsdə deyil, onun barəsində başqa qətimkan tədbiri seçilib.

Qeyd edək ki, müxtəlif vaxtlarda mediada Kamal Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olması barədə məlumatlar yayılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook