SON XƏBƏR

Qozlukörpü yaşayış məntəqəsində mülki təyinatlı obyektdə sursat anbarı aşkarlandı (VİDEO)

Sentyabr 21
19:49 2023
Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook