SON XƏBƏR

Rejim Xoy şəhərində zəlzələdən zərərçəkənlərə qarşı zorakılıq edir (VİDEO)

Yanvar 30
17:43 2023
İranın güc strukturları Xoy şəhərində baş vermiş zəlzələdən zərərçəkənlərə qarşı zorakılıq edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə iranlı fəallar bildirib. 

Onların sözlərinə görə, zəlzələdən dərhal sonra təhlükəsizllik qüvvələri şəhərə yeridilib. İran hakimiyyəti onsuz da narazılıqların pik həddə olduğu bir vaxtda Xoyda iğtişaşların baş verəcəyindən ehtiyatlanıb. 

Teokratik rejimin narahatlığı o həddə olub ki, çadır götürmək üçün toplaşan insanlara qarşı zor işlədiblər.

"Çadır götürmək üçün toplaşan insanları su şırnağı ilə dağıdıblar”, deyə iranlı fəallar bildirib.

Nüfuzlu BBC və "Amerikanın səsi” media orqanları baş verənləri əks etdirən videolar paylaşıb. Bu videolar iranlı fəalların iddialarını təsdiq edir. 

Xatırladaq ki, yanvarın 28-də gecə saatlarında baş verən zəlzələdə Cənubi Azərbaycanın Xoy şəhəri və habelə ətrafındaki kəndlərə ziyan dəyib. Zəlzələ nəticəsindı 1000-dən çox insan yaralanıb, azı 3 nəfər ölüb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook