Salam Sarvan AYB-dən çıxdı
 
							Oktyabr 16
									
										15:12
										2015
									
								Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyindən çıxıb. 
O, rəsmi "Facbook" səhifəsində yaydığı açıqlama ilə AYB-dən çıxdığını elan edib:
 
"Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm. Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. 
Sadəcə, düşünürəm ki, yaş artdıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdır. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki gec deyil!”
									
								
									
 
				 
				 
				 
				 
				 
				

