SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Sergey Lavrovu kim əvəz edəcək?

Yanvar 13
16:53 2025
"Rusiyada Sergey Lavrovu təcrübəli, səriştəli diplomatlardan biri əvəzləyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya XİN rəhbəri Sergey Lavrovun vəzifədən gedəcəyilə bağlı fikirlər fonunda onun yerinə kimlərin gətirilə biləcəyi barədə suala cavabında deyib.

Üzeyir Şəfiyev bildirib ki, Sergey Lavrov uzun müddətdir Rusiyada xarici siyasət idarəsinə rəhbərlik edir:

"O, 20 ildən çoxdur ki, bu postda çalışır. Bu mənada o, rəhbərlik etdiyi sahədə böyük təcrübəyə malikdir. Buna baxmayaraq, Lavrov etdiyi çıxışlarına görə, bəlkə də Rusiya tarixində ölkəsinin beynəlxalq arenada nüfuzdan düşdüyü müddətdə ən çox boykot olunan nazir olub. Dəfələrlə onun beynəlxalq tribuna və kürsülərdə çıxışları boykot olunub. Hətta ən ali beynəlxalq tədbirlərdə Lavrovun çıxışı zamanı əksər iştirakçılar zalı tərk ediblər. Çünki Lavrov təcrübəli xarici işlər naziri olsa da, Rusiyanın beynəlxalq imicinin vizyonu kimi qarşı tərəfdə diqqət yaratmayıb. Bu mənada onu heç də uğurlu nazir hesab etmirəm. Onun dövründə Rusiya beynəlxalq birlik tərəfindən təcrid və sanksiyalara məruz qalıb və bu sanksiyalar fonunda Lavrovun uğur hekayələri də az olub. O, mühafizəkarlığı, neoimperalist baxışları, ilhaqçı düşüncəsilə seçilib. Yəni Lavrov fövqəladə xidmətləri olan portret kimi xatırlanmayacaq".

Lavrovu kimlərin əvəzləyə biləcəyinə gəlincə, həmsöhbətimizin fikrincə, Rusiya kimi böyük ambissiyalara malik dövlətin XİN rəhbəri də təcrübəli, səriştəli diplomatlar içərisindən seçilməlidir:

"Amma Lavrovdan Rusiyanın xarici siyasəti üçün böyük neqativ, problemlərlə zəngin bir miras qalıb. Çətin ki, yeni gələn XİN rəhbəri qısa müddətdə Lavrovdan qalmış neqativ mirası aradan qaldıra bilsin. Lavrov region dövlətlərinə münasibətdə də qeyri-sağlam rəftarı ilə yaddaşlarda qalıb. Türk Dövlətləri Birliyinin yaranmasını o, qısqanclıqla qarşıladı. Erməni mənşəli Lavrov Azərbaycana qarşı da qeyri-sağlam mövqe sərgiləyib. Onun vaxtilə ortaya atdığı plan Azərbaycanın dövlət maraqlarına uyğun olmayan təkliflər paketindən ibarət olub".

Qeyd edək ki, Rusiya nəşrlərinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir. 

Xatırladaq ki, lavrov 2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edir. İstefaya göndərilməsi fonunda onu kimlərin əvəzləyəcəyinə gəlincə, "Telegram" kanallarının birində iddia olunurdu ki, Lavrovun yerinə müavinləri Mixail Qaluzinlə Andrey Rudenkonun namizədlikləri müzakirə olunub. Həmçinin, Xarici İşlər Nazirliyinə "prezident administrasiyasından bir nəfərin” rəhbərlik edə biləcəyi də istisna olunmur. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook