SON XƏBƏR

Tahir Budaqov: Azərbaycanın gələcək inkişafı böyük yolun müzəffər davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlıdır

Dekabr 22
03:22 2021
"Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ötən il Azərbaycanın əldə etdiyi şanlı qələbədən, böyük Zəfərdən sonra nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə  Avrasiya məkanında yeni reallıqlar yaranıb”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, Azərbaycan bundan öncə də regionumuzda əsas güc mərkəzi kimi bu bölgənin inkişafına təkan verən ölkə qismində çıxış edib. Yeni mərhələdə də artıq yeni imkanlar əldə edilib və ölkəmiz bundan sonra da regionun inkişafına öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən dövlət və hökumət rəsmiləri, Milli Məclisin nümayəndələri Azərbaycanın bu günə qədər müxtəlif sahələrdə əldə etdiyi uğurları və bundan sonra qarşında duran perspektivlər barədə ətraflı fikirlərini bildirdilər.

"Təbii ki, bütün çıxışların yekunu olaraq bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycanın inkişafı yalnız ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi ilə şərtlənir. Bu yolun alternativi yoxdur və Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi kitabda da qeyd olunur ki, Azərbaycanın gələcək inkişafı bu böyük yolun müzəffər davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Düşünürəm ki, bu böyük yolun davamı Azərbaycan xalqına, Azərbaycan dövlətinə hələ bundan sonra da çoxsaylı qələbələr, zirvələr qazandıracaq”-deyə, YAP Sədrinin müavini vurğulayıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook