SON XƏBƏR

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Sentyabr 05
12:53 2023
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.

"Report”un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook