Xırdalanlılar oliqarx deputatın beton zavodundan şikayətçidir - VİDEO
![](https://qlobal.az/photo/680x365/2022-09/1664522234_12.jpg?1722073889)
Sentyabr 30
11:18
2022
Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən "CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.
Qlobal.az-ın məlumatına görə, Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir. Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.