SON XƏBƏR

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Avqust 06
11:04 2022
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - "tender çempionu” aşkar edilib. Qlobal.Az FED.az-a istinadla xəbər verir ki, bu – "Electro Service" QSC-dir (VÖEN: 1504224741).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 8 milyon 894 min 317 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 741 min manatdır.

"Electro Service" QSC-nin əsas "müştərisi” "Azərenerji" ASC olub. Şirkət 6 tenderlə bu qurumdan 6 milyon 773 min manat sifariş əldə edib. Bu isə ümumi tenderlərin 76 faizi deməkdir.

Qeyd edək ki, şirkət əsasən, müxtəlif xüsusi geyimlərin satın alınması işləri üzrə xidmət göstərir.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook