AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayıb
![](https://qlobal.az/photo/680x365/2024-04/1713491493_0c1ea537-af5d-4d7e-80a3-ee0c7fea0172.jpg?1722060607)
Aprel 19
05:50
2024
"Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib.
"Report” xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora da uçuşlar həyata keçirir.