SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Palata Zaur Hüseynovun bəzi əməllərinin üstünü açdı - Metroda “mayanı” necə şişirdib?

Yanvar 25
16:03 2025
Hesablama Palatasının "yüngülvari” auditi bəzi faktları üzə çıxarıb. 

Hələ Tağı Əhmədovun dövründən Bakı Metropolitenində böyük korrupsiya sxemlərinin mövcud olduğu bəlli idi. Bu səbəbdən Tağı Əhmədovun özü Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. 

Mərhum Metropoliten rəisi özü təkcə MTN generalı Akif Çovdarova 3 milyon haqq ödədiyini etiraf etmişdi. Üstəlik, T.Əhmədovun daha 2 milyon manat vəsaitinin də digər bir qrup tərəfindən mənimsənildiyi barədə məhkəmə işi var. Bunlar sabiq rəisin təkcə "itirdiyi” pullardır. Daha neçə milyonlar, on milyonlarla pulununsa obyektlərdə, hesablarda yatdığını bir özü bilirdi, bir də yaxınları…

Belə görünür ki, T.Əhmədovdan sonra 2014-cü ildə Bakı Metropoliteninə rəis təyin olunan Zaur Hüseynov da sələfindən geri qalmayıb. 10 il ərzində bu böyük quruma başçılıq edən Z.Hüseynovun dövründə də dəyişən bir şey olmadı.

Həm T.Əhmədovun, həm də Z.Hüseynovun dövründə dövlətdən alınan külli miqdarda dotasiya ilə işləyən metropolitenin rəhbərliyi sərnişin daşınmasının maya dəyərinin metrodakı gediş haqqını dəfələrlə üstələdiyini bəyan edib, əhaliyə minnət qoyub. Zaman-zaman da Tarif Şurası bu hesabatlardan çıxış edərək, metroda gediş haqqını qaldırıb. Ancaq təbii ki, metro rəhbərliyində və hökumətdə heç kim sərnişindaşımanın maya dəyərinin bu qədər şişməsinin gerçək səbəbinin metropolitendəki yeyintilərlə bağlı olduğunu deməyib…
Bu gün məlum olub ki, Hesablama Palatasının "Bakı Metropoliteni” QSC-də apardığı son audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Bundan öncə də auditlər keçirilərək, oxşar nəticələr əldə edilsə də, buna adekvat addımlar atılmayıb, heç kim cəzalandırılmayıb, yeyintilərin qarşısı alınmayıb. Ona görə də metro rəhbərliyi əvvəlki "üsullardan” əl çəkməyib.

Hesablama Palatasının məlumatına görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda, smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.

Audit dövründə "Bakı Metropoliteni” 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.

Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.

QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.

Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib.
 
Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.

Əlbəttə ki, bunlar hələ üzdə olan və Hesablama Palatasının aşkarladığı kiçik "icazəli nöqsanlar”dır. Sözsüz ki, "aysberqin görünməyən tərəfi”, özü də çox böyük tərəfi də var…

Bəs, görəsən Hesablama Platasının hətta bu yumşaq tövsiyyə və tələbləri belə yerinə yetiriləcəkmi, yoxsa əvvəl olduğu kimi qulaqardına vurulacaq?

Məlum olduğu kimi, Bakı Metropoliteninə yeni sədr təyin olunub. Görəsən, bu təyinat metronun işində nəyisə dəyişəcəkmi, yoxsa metroda sərnişindaşımanın maya dəyəri yenə şişə-şişə gedəcək və əhaliyə gediş qiymətilə bağlı "maya dəyərindən ucuz daşıyırıq” deyərək, yenə minnət qoyulacaq? 

Təəssüf ki, idarəetmədəki köhnə "üsullar” və sistem qaldıqca, Azərbaycanın ən yeni tarixində kadr məsələlərində "yeni gələn gedənin atasına rəhmət oxutdurur” misalı da aktual olaraq qalır. Görək, bu dəfə necə olacaq…

Mənbə: "AzPolitika.info” 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook