SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR

Yanvar 03
15:33 2025
Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli "Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb. Dekabrın 22-də açıq auksion formatında elektron qaydada ilk hərrac keçirilib. Bu barədə herrac.gov.az saytında məlumat yerləşdirilib. 32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat təyin edilib. İştirak üçün tələb olunan beh 6 milyon manatdır.

AzFakt.com xəbər verir ki, ilk hərrac keçirildikdən sonra "Landmark” Biznes Mərkəzinin adından ölkə mətbuatında şikayət yayımlanıb. Şikayətçi "Libra” MMC -dən (xarici şirkət) bildirilib ki, binanın hərraca çıxarılmasında qərəzli mövqe, haqsızlıq olub.

Belə ki, "Landmark” Biznes Mərkəzi "İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Həmin Cəmiyyətin adı əvvəllər "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.

"Libra” MMC-nin səlahiyyətli şəxsləri iddia edirlər ki, "İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Qeyd olunanlara əsasən, "Libra" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.
 
 
Nərgiz Abdullayeva
 
"Landmark"-ın sahibi Nərgiz Abdullayeva 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. N.Abdullayeva "Landrmark"-ın hərracını keçirın şirkətdən şikayətçi olan "Libra" MMC-nin qanuni təmsilçisi Eran Efruz Müdüroğlunun həyat yoldaşıdır. Onun hazırda xaricə getdiyi bildirilir. 
 


Bəs 120 milyonluq hərracı keçirmək istəyən şirkət kimindir?

Bildirək ki, 120 milyonluq "Landmark” Biznes Mərkəzinin hərracını həyata keçirən "İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

"İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin əvvəlki adı "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub. Bu şirkət 2006-cı ildə təsis edilib.

Şirkət təsis edilərkən hüquqi ünvanı Xətai rayonu, Firuz Qəmbərov ev 3, mənzil 49 ünvanı olub. Hazırda bu şirkətin hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov ev 20, mənzil 22/23 ünvanıdır. Şirkətin qanuni təmsilçisi müxtəlif illər ərzində Ələkbərov Ziya Rahim oğlu, Ələsgərov Əliheydər Nadir oğlu, Məmmədov Elnur İntamiz oğlu, Süleymanova Gülnar Güloğlan qızı, Rəsulov Sabit Məhəmməd oğlu, Əliyev Səid Əliqismət oğlu olub.
 
Hazırda şirkətin qanuni təmsilçisi Ələkbərov Rahim Yəhya oğludur. 
 
"Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC 2023-cü ilin aprel ayında adını dəyişərək "İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC kimi fəaliyyətini davam etdirir.
 


"Landmark"-ın 50 faizini bağışlama yolu ilə kim alıb?

Hərracın keçirilməsinə etiraz edən şikayətçilər qeyd ediblər ki, "Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.

"Aqrarkredit” QSC BOKT 2004-cü ildə təsis edilib. 

Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Qədirli ev 125 ünvanıdır. 

"Aqrarkredit” QSC BOKT-un qanuni təmsilçisi Musayev Məmməd Qurban oğludur. 

 
Məmməd Musayev

Məmməd Musayev eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir. 
 
Mənbə: Azfakt.com
 
Adları çəkilən şəxslər mövqe bildirə bilər. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook