SON XƏBƏR

Ermənilər Xankəndində azan səsi və “Koroğlu” operasının üvertürasını dinlədi - VİDEO

Mart 06
14:12 2022
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib. "Report” xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu” operasının üvertürası da səsləndirilir.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook