SON XƏBƏR

Rusiya və Azərbaycan alimləri Xəzərdə birgə tədqiqatlar aparacaqlar

May 12
00:46 2022
Rusiya və Azərbaycanın elmi təsisatları Xəzər regionunda tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

"Report" xəbər verir ki, müvafiq saziş mayın 11-də Moskvada "Xəzər dialoqu" Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Xəzər Elm və İnnovasiyalar Şurası və Xəzər dənizində texnologiyaların inkişafına və elmi əməkdaşlığa dəstək assosiasiyasının nümayəndələri imzalayıblar.

Saziş Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində yerləşən təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Buraya, həmçinin birgə tədqiqatlar, Xəzər dənizinin səviyyəsinin öyrənilməsi, Rusiya və Azərbaycanın sularında ekoloji monitorinq məsələləri daxildir.

Razılığın həyata keçirilməsi üçün məsləhətləşmələrin aparılması, eləcə də ekspert qruplarının yaradılması gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook