SON XƏBƏR

SWIFT ödənişləri sürətləndirəcək yeni xidməti istifadəyə verib

İyul 29
17:23 2021
SWIFT beynəlxalq banklararası ödəniş sistemi az məbləğdə transsərhəd ödənişlərini daha tez və ucuz həyata keçirməyə imkan verən yeni xidməti istifadəyə verib.

Qlobal.az Report.az-a istinadən xəbər verir ki, "SWIFT Go” adlı xidmətlə kiçik biznes və istehlakçılar dünyanın istənilən nöqtəsində birbaşa bank hesablarından sürətli və təhlükəsiz ödənişlər edə biləcək.

Yeni xidmət az məbləğdə ödənişlərin yollanmasını qiymət baxımından daha sərfəli edəcək. Digər tərəfdən ödəniş həyata keçirilən vaxt komissiya və mübadilə üzrə valyuta məzənnəsi əvvəlcədən bilinəcək. Ödənişin statusunu həm yollayan, həm də alan tərəf onlayn rejimdə izləyə biləcək.

Artıq yeni xidmətlə 7 beynəlxalq bank, o cümlədən Rusiyanın ən iri bankı olan "Sberbank” işləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook