SON XƏBƏR

Lerik meşələrində qiymətli ağaclar doğranılaraq mebel sexlərinə satılır - VİDEOFAKT

Yanvar 03
22:57 2019
Lerik rayonunda meşələrin kütləvi doğranılması Günəşli kənd ərazisindən başlayır.

Məlumata görə bu "mafiya"nın başında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və yerli iş adamları durur.

Sakinlər onu da bildirirlər ki, edilən şikayətlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir reaksiya vermir.

Sakinlər  Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət etsələr də hələ ki heç bir tədbir görülməyib.

2018-ci ildə meşə massivinin bağlı olmasına baxmayaraq, 2018-ci il fevral ayının 11-dən, 16-na qədər kəsilməsi qadağan olan müxtəlif adda 80-a yaxın ağac kəsilib. Bu cür hallar Lerik rayon ərazisində yerləşən meşə massivlərində hər zaman baş verib, hal-hazırda da davam etdirilir.

Sakinlər daha sonra yazır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lerik rayon meşə massivinə yoxlama gedəndə, Günəşli kənd ərazisinin meşə gözətçisi Altay Hüseyinovun evində ziyafət məcilisi ilə qarşılanır. Olsun ki, bu səbəbdən də Altay Hüseyinovun evinin həyətinə yığılmış tirləri görməzdən keçiblər. Necə olur ki, bir meşə gözətçisi, Altay Hüseyinov nazirlik üçün əvəz olunmaz "kadr” simvoluna çevrilib?!"

Leriklilərin davamlı şikayət ərzələrindən sonra 09.11.2016-cı il il tarixdə ETSN-nin komissiyası, inspektor Amil Bayramovun rəhbərliyi ilə Lerik rayonunda yerləşən meşə massivləri "yoxlanıb”. İkinci yoxlamada ETSN-nin əməkdaşları Raquf Mirzəyev, Ceyhun Axundov və Dədəxan Sədiyevin iştiraki ilə baş tutub. Amma, buna baxmayaraq Lerik meşələri doğranılmaqda davam edir.
 
Lerik meşələrinə qənim kəsilən işbazlar fıstıq, palıd və nəsili kəsilməkdə olan azat ağaclarını doğrayaraq Bakı və digər iri sənaye şəhərlərində fəaliyyət göstərən mebel sexlərinə satırlar.
 
Lerik meşələrinin taan edilməsinə rayon İcra Hakimiyyəti də müəmmalı susqunluqla yanaşır.

Məsələ ilə bağlı jurnalist Elxan Mirzəyev İnterPosta.info-ya bildirib ki, araşdırması zamanı on minlərlə ağacların kəsilməsi faktı aşkarlanıb və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib. E.Mirzəyev bildirir ki, qeyd etdiyi faktların olmasına baxmayaraq ETSN-yi susmağa qərar verib. Bunu görən jurnalist E.Mirzəyev yenidən ETSN-nə müraciət edib. Ardıcıl müraciətlərdən sonra, qurunun mətbuat katibi İradə İbrahimova jurnalistlə əlaqə saxlayaraq bildirib ki, Lerik rayon meşə sahələrinə nazirlikdən yoxlama təyin edilib. 

E.Mirzəyev ETSN-nin rəsmisi İradə İbrahimovaya bildirib ki, şikayətçi olduğu üçün, yoxlamalarda o da iştirak etməlidir. İ.İbrahimova isə qarşı tərəfə bildirib ki, yoxlamalarda iştirak etməsi üçün telefonun, planşetin ETSN-nin əməkdaşlarına verməlidir.
 
E.Mirzəyev bildirir ki, telefonu, planşeti nazirliyin əməkdaşlarına vermədiyi üçün onun yoxlamalarda iştirak etməyinə imkan verməyiblər.
 
Nazirlikdən baş verənlərə münasibət öyrənə bilmədik.
 
Adları çəkilən şəxslər və qurumlar mövqe nümayiş etdirə bilərlər.

Lerik rayonunda meşələrin necə məhv edildiyini təsdiq edən video və fotoları təqdim edirik:
 

 

 

 

 

 

 

 

 

 

 
(Mənbə: İnterposta.info)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook