SON XƏBƏR

Körpüsü dağılan rayonun icra başçısı italyanca danışdı - Video

Sentyabr 16
07:44 2023
Xəbər verdiyimiz kimi, bu gün Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən avtomobil körpüsü çöküb.

Toplum TV-nin əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə hadisənin səbəbləri ilə bağlı sual ünvanlayıb.

E.Rzayev isə jurnalistə cavabında ölkə başçısına arzularını çatdırıb:
 
"Allah cənab Prezidenti qorusun. Görürsünüz də hər şey öz yerindədir”. Daha sonra icra başçısı "çao” deyərək xidməti avtomobilinə əyləşərək gedib.

İcra başçısının bu cavabı sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Həmin görüntüləri təqdim edirik:
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook